Helikopterlərin taktiki-uçuş məşqləri keçirilib - FOTOLAR

Helikopterlərin taktiki-uçuş məşqləri keçirilib - FOTOLAR
  17 Avqust 2018    Oxunub:2120
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələri (HHQ) helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, məşq zamanı aviasiya vasitələrinin ümumqoşun hissələrinə havadan atəş dəstəyinin həyata keçirilməsi üzrə tapşırıqlar icra olunub.

Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.













AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Helikopter  





Xəbər lenti