"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan

"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
  18 Avqust 2018    Oxunub:2644
Bu gün İrəvanın Respublika meydanında mitinq keçirən baş nazir Nikol Paşinyan tərəfdarları qarşısında Dağlıq Qarabağ münaqişəsindən danışıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan münaqişənin sülh yolu ilə həllinə hazır olduqlarını deyib.
“Biz sülh yolu ilə tənzimlənməyə hazırıq. Lakin mənim torpaqları təhvil vermək niyyətində olduğumdan şübhələnən şəxslər anlamır ki, məsələni hökumət həll etmir, xalq həll edir”, - Paşinyan bildirib.

O, iddia edib ki, Ermənistanın bundan əvvəlki rəhbərliyi Qarabağı təhvil verməyə hazır olublar.

“Sizdən gizli heç bir kağızı imzalamaram. Variant olsa, bura gələcəyəm, sizə təqdim edəcəyəm. Özünüz qərar verərsiniz, bu variantla gedək, ya yox”.

Paşinyan çıxışında həmçinin torpaqları qaytarmaq üçün hakiyyətə gəlməsi haqda erməni KİV-lərində yer alan məlumarlara da münasibət bildirib və bunun uydurma olduğunu söyləyib.

Paşinyan etiraf edib ki, əslində bunu (Qarabağı təhvil verməyi nəzərdə tutur-red) ondan əvvəlkilər etmək istəyirdilər və əlində bunu sübut edən sənədlər mövcuddur.

AzVision.az


Teqlər: Paşinyan   Qarabağ  





Xəbər lenti