Bu gün sərhədçilərin bayramıdır

Bu gün sərhədçilərin bayramıdır
  18 Avqust 2018    Oxunub:6665
Bu gün Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günüdür.
AzVision.az xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 99-cu ildönümü tamam olur.



18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.



Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib.



Dövlət başçısının 2002-ci il 31 iyul tarixli fərmanı ilə isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb. Həmin fərmanla Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının komandanı təyin edilib.



Mərhum Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.



AzVision.az


Teqlər: DSX   Bayram  





Xəbər lenti