Gömrük Komitəsi iş adamlarına müraciət edib

Gömrük Komitəsi iş adamlarına müraciət edib
  18 Avqust 2018    Oxunub:1083
Dövlət Gömrük Komitəsi (DGK) iş adamlarına müraciət edib.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Qurban bayramı ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində avqustun 22-si və 23-ü qeyri-iş günləri olmasına baxmayaraq avqustun 23-də Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi və Enerji Gömrük İdarəsi tam iş günündə fəaliyyət göstərəcək. İdxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamlarının müraciətləri əsasında mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçiriləcək.

AzVision.az


Teqlər: DGK   İş-adamı  





Xəbər lenti