Politoloq: "Koçaryan Paşinyanı zəif yerindən vurur"

Politoloq: "Koçaryan Paşinyanı zəif yerindən vurur"
  18 Avqust 2018    Oxunub:1679
Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 17-də İrəvanda mitinq keçirib. Mitinq Paşinyanın hakimiyyətdə olduğu 100 günə həsr olunub. Ermənistanda vəziyyətin gərgin olduğunu nəzərə alsaq, Paşinyanın bu addımı nəyə hesabladığı və mitinqdə səsləndirdiyi mesajların kimlərə ünvanlandığı maraq doğurur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 17 avqust mitinqi ilə həm müxalifətə, həm də ondan narazı olan Moskvaya "gücünü" göstərdi.

“Mitinqə on minlərlə insan qatılmışdı. Ancaq mitinq rerursu Paşinyanın gücünu heç də artırmır. Paşinyanın mövqeyinin güclənməsinə 3 amil mane olur. Birinci amil onun parlamentdəki mövqeyinin zəifliyidir. O, güclə baş nazir mandatı alıb. Hansısa partiyanın ona qarşı səsvermə prosesduruna başlamasını təklif etməsi yetərlidir ki, Paşinyan baş nazir kreslousunu itirsin. Məsələn, Respublika Partiyası və "Daşnaksütun" partiyası 105 yerlik parlamentdə 57 səsə malikdir. Bu iki partiya qeyri-rəsmi eks-prezident Robert Koçaryanı dəstəkləyir".

Politoloqun fikrincə, ikinci amil Paşinyana qarşı olan müxalifətin kifayət qədər maliyyə və media resursuna malik olmasıdır: "Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq, administrativ resurs hələ onun xeyrinə deyil. Məsələn, Robert Koçayran həbsdən azad olunan kimi onun "Daşnaksütun" partiyasının televiziyasında müsahibəsinə şərait yaradıldı. Və ya məlum oldu ki, Koçaryanı həbsdən azad edən hakim vaxtilə Prezident Administrasiyasında onun işçisi olub.

Üçüncü amil Rusiyadır. Koçaryan Paşinyanı zəif yerindən vurur. O, Paşinyanın “Rusiya Ermənistandakı yeni şərtlərə adaptasiya olunmalıdır” sözlərini kəskin tənqid edərək Rusiyaya xoş gəlsin deyə, belə bir ifadə işlədib: “Rusiya o ölkə deyil ki, Ermənistanın baş nazirinin istəyi ilə nəyəsə adaptasiya olunmalıdır”. Koçaryanın Moskvaya daha çox yaxınlığı Paşinyanın problemlərini artıracaq”.

E.Şahinoğlu əlavə edib ki, Paşinyanın əlində iqtisadi islahatları dərinləşdirmək üçün resurslar azdır, əngəllər isə daha çoxdur: "Ermənistanda növbədənkənar parlament seçkisi 2019-cu ilin may ayında keçiriləcək. Həmin tarixə qədər Paşinyana olan dəstək azala bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti