Dərman qaçaqmalçılığının qarşısı alınıb - VİDEO

Dərman qaçaqmalçılığının qarşısı alınıb - VİDEO
  18 Avqust 2018    Oxunub:2033
Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, baxış zamanı, monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb. Türkiyə vətəndaşının idarə etdiyi "VOLVO" markalı həmin nəqliyyat vasitəsinə təkrar baxış nəticəsində isə gömrük orqanına bəyan olunmayan 104 adda 10110 qutu dərman preparatı, gömrük orqanına düzgün bəyan olunmayan 3000 ədəd "Eren" markalı müayinə masa ortüyü, 700 ədəd "Beybi Care" markalı yataq qoruyucu örtüyü, 554400 ədəd "TentyFlex" markalı cərrahi əlcəklər aşkar edilib.



AzVision.az


Teqlər: DGK   Dərman   Gömrük  





Xəbər lenti