Korrupsiyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib - Fotolar

Korrupsiyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib - Fotolar
  18 Avqust 2018    Oxunub:5930
İsmayıllı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında ölkəmizdə iqtisadiyyatın liberallaşması, şəffaflığın artırılması, azad rəqabətin tam təmin olunması, bürokratik əngəllərin aradan qaldırılması, vətəndaş-məmur təmasının minimuma endirilməsi məqsədilə görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının sahibkarlar, idarə və müəssisə rəhbərləri, bələdiyyə sədrləri, icra nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbiri giriş sözü ilə RİH-nin başçısı Mirdaməd Sadıqov açıb, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat prokuroru Kərəm Mansurov geniş məruzə ilə çıxış edib.

Rayon prokuroru Tural Yusifov, RİH başçısının birinci müavini Rövşən Ağayev, RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova çıxış edərək korrupsiyaya qarşı mübarizə tədbirləri, ictimai özünənəzarət məsələləri, şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat veriblər.







AzVision.az



Teqlər: İsmayıllı  





Xəbər lenti