Lahıc yolunda hərəkət məhdudlaşdırılıb

Lahıc yolunda hərəkət məhdudlaşdırılıb
  19 Avqust 2018    Oxunub:1126
Dəmirçi-Lahıc avtomobil yolunda aparılan yenidənqurma işlərinin yekunlaşdırılmaması ilə əlaqədar 19-31 avqust 2018-ci il tarixlərində sözügedən avtomobil yolu ilə hərəkət tam olaraq məhdudlaşdırılıb.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, sürücülərdən sözügedən yolun bağlı olması ilə əlaqədar olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.

Yaranacaq müvəqqəti narahatlığa görə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

AzVision.az


Teqlər: Lahıc   Yol  





Xəbər lenti