Ölkələri “ya bizimlə, ya da Qərblə” seçimi qarşısında qoymuruq – Rusiyanın Bakıdakı səfiri

  20 Avqust 2018    Oxunub : 1255
Ölkələri “ya bizimlə, ya da Qərblə” seçimi qarşısında qoymuruq – Rusiyanın Bakıdakı səfiri
Rusiya heç vaxt digər ölkələri “ya bizimlə, ya da Qərblə” seçimi qarşısında qoymur.
AzVision.az “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov deyib.

“Biz heç vaxt və heç kimi “ya bizim üçün, ya da Qərbə” seçimi qarşısında qoymuruq. Ola bilər ki, bunu bizim Qərb tərəfdaşlarımız təcrübədə tətbiq edirlər”, – deyə Boçarnikov bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

Səfirin sözlərinə görə, Rusiya və Azərbaycan beynəlxalq arenada öz dostlarının dairəsini sərbəst müəyyənləşdirən müstəqil dövlətlərdir. Və Azərbaycanla münasibətlərini möhkəmləndirmək üçün Rusiya mümkün olan hər bir şeyi edir.

Boçarnikov, həmçinin vurğulayıb ki, Rusiyanın Azərbaycandakı səfirliyinin yaxın müddət ərzində əsas hədəfi iki ölkənin dövlət başçıları arasında qurulmuş əlaqələrin praktiki məsələlərlə zənginləşdirilməsidir.

“Hazırda gündəlikdə regionlararası əməkdaşlıq forumunun təşkili, eləcə də hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi dayanır”, - deyə rusiyalı səfir bildirib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Rusiya   Azərbaycan