FHN bayramda gücləndirilmiş rejimdə işləyəcək

FHN bayramda gücləndirilmiş rejimdə işləyəcək
  20 Avqust 2018    Oxunub:2324
Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində işləyəcəkdir.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, bu məqsədlə imzalanmış əmrə əsasən həmin qurumların növbətçi və ehtiyat qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib, aidiyyəti üzrə şəxsi heyət əlavə olaraq təlimatlandırılıb.

AzVision.az


Teqlər: FHN   Bayram  





Xəbər lenti