Komitədən Qarabağ veteranlarının etirazına cavab
"Məlumatda bəhs edilən Qarabağ müharibəsi iştirakçılarının etirazına səbəb isə həmin şəxslərin qanunvericilikdə nəzərdə tutulandan artıq miqdarda malı gömrük sərhədindən keçirmək istəmələridir. "Qoşa Təpə" gömrük postunda həmin şəxslərlə qanunvericiliyin müvafiq tələbləri barədə izahat işləri aparılsa da, həmin şəxslər bununla razılaşmaq istəmir.
Bütün gömrük-sərhəd keçid məntəqələrində olduğu kimi, "Qoşa Təpə" gömrük postunda da vətəndaşlardan yalnız qanunvericiliyin tələblərinə riayət etmək tələb olunur.
Onu da qeyd edək ki, torpaqlarımızın müdafiəsində iştirak edən, sağlamlığını itirən şəxslər Dövlət Gömrük Komitəsinin tabeliyində olan bütün qurumlar və gömrük əməkdaşları tərəfindən yüksək ehtiramla qəbul edilir, onların problemləri dinlənilərək qanunvericiliyə uyğun şəkildə qısa zamanda həll edilir".
AzVision.az