“Nefteqaz-64” gəmisi təmir olunub - FOTOLAR

“Nefteqaz-64” gəmisi təmir olunub - FOTOLAR
  20 Avqust 2018    Oxunub:3687
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Xəzər Dəniz Neft Donanmasına məxsus “Nefteqaz-64” təchizat-yedək gəmisi əsaslı təmir olunub.
QSC-dən AzVision.az-a verilən xəbərə görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan proses müddətində gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənib.

Gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub, gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib.

Bundan başqa, baş mühərriklərin hər biri, üç ədəd köməkçi mühərrik, nasoslar, boru sistemləri əsaslı təmir olunub. Heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar tamamilə yenilənib.

Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra gəminin dəniz sınağı həyata keçirilib. Sınaq uğurla tamamlanıb.

Qeyd edək ki, “Nefteqaz-64” gəmisi Gəmiçiliyin digər təchizat gəmiləri kimi dənizdəki neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında iştirak edəcək.









AzVision.az


Teqlər: Nefteqaz-64  





Xəbər lenti