Arzu Rəhimov vətəndaşları qəbul edəcək

  20 Avqust 2018    Oxunub : 1063
Arzu Rəhimov vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 20.09.2018-ci il tarixdə saat 10:00-da Qax rayonunda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.
AzVision.az xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşların 17.09.2018-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

AzVision.az

Teqlər: Arzu-Rəhimov