Qida Təhlükəsizliyi İnstitutunda növbəti təlim

Qida Təhlükəsizliyi İnstitutunda növbəti təlim
  20 Avqust 2018    Oxunub:1896
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fındıq məhsulundan nümunə götürülməsi qaydaları ilə bağlı təlim keçirilib.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) informasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, təlimdə bu sahədə qabaqcıl ölkələrin təcrübəsindən danışılıb, yeniliklər təlim iştirakçılarının diqqətinə çatdırılıb. Təlim çərçivəsində ekspertlərin çıxışları dinlənilib, fındıqdan nümunə götürülərkən istifadə olunan alətlər əyani vəsait kimi nümayiş etdirilib. Daha sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təlim bitdikdən sonra qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən müfəttişlərin biliklərinin yoxlanılması məqsədilə test-sınaq imtahanları keçirilib.

AzVision.az


Teqlər: AQTA   Təlim  





Xəbər lenti