ABŞ səfirliyinə atəş açanlar tutuldu - Yenilənib

ABŞ səfirliyinə atəş açanlar tutuldu - Yenilənib
  21 Avqust 2018    Oxunub:2559
ABŞ-ın Türkiyədəki səfirliyinin binasına atəş açan iki nəfər saxlanılıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ahmet Ç. və Osman G. adlı şəxslər Ankarada keçirilən xüsusi əməliyyat zamanı tutulub.
Onların üzərindən hadisə zamanı istifadə olunan silah aşkar edilərək götürülüb. Hazırda cinayətkarların dindirilmə prosesi aparılır.

Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində ABŞ-ın Ankarada yerləşən səfirliyi atəşə tutulub. Naməlum şəxslər ağ rəngli avtomobildən səfirliyin binasına atəş açaraq hadisə yerindən qaçıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.

AzVision.az


Teqlər: ABŞ   Səfirlik   Türkiyə  





Xəbər lenti