Bakıya küçə süpürən texnikalar gətirildi
Qeyd edilib ki, istənilən halda iş prosesində əl əməyinin qalacağı nəzərə alınaraq onun minimuma endirilməsi üçün tədbirlər həyata keçirilir və küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə təsərrüfat xidmətləri işçilərinin təhlükəsizliyinin təminatı üçün xəbərdaredici nişanlar hazırlanmış və rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinə paylanıb.
Eyni zamanda yeni texnikaların alınması ilə bağlı müxtəlif şirkətlərlə danışıqlar aparılır. Artıq şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın MAN şırkətinin istehsalı olan 10-a yaxın belə texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib. Yeni, müxtəlif təyanatlı texnikaların alınması istiqamətində işlər davam edir.
AzVision.az