Ötən gün 118 cinayət faktı qeydə alınıb

Ötən gün 118 cinayət faktı qeydə alınıb
  21 Avqust 2018    Oxunub:1492
Ötən gün daxili işlər orqanları tərəfindən respublika üzrə 118 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: Cinayət   Axtarış   DİN  





Xəbər lenti