Plastik qabları yandıranlara qarşı reyd keçirilib
Qeyd edək ki, plastik tullantıların idarə olunması və ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 7 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 20 konteyner yerləşdirilib. ETSN ilə yanaşı, rayon İcra hakimiyyətləri və “AzEkol” MMC-nin dəstəyi ilə yaxın günlərdə digər rayon mərkəzlərində 20 konteynerin yerləşdirilməsi nəzərdə tutulub.
Təqdirəlayiq haldır ki, bir neçə rayon İcra hakimiyyəti tərəfindən də konteynerlərin yerləşdirilməsi ilə bağlı ETSN-yə müraciətlər olunub. Belə ki, Binəqədi rayon İcra Hakimiyyətinin müraciəti əsasında rayonun Heydər Əliyev Parkı ərazisində 1 ədəd konteyner yerləşdirilib.
ETSN plastik tullantıların idarə edilməsi ilə bağlı müvafiq qurumları üzərlərinə düşən vəzifələri yerinə yetirməyə, əhalini isə plastik tullantılardan istifadənin tədricən azaldılmasına və çeşidlənməsinə dəstək olmağa, bu işdə öz töhfələrini verməyə çağırır.
AzVision.az
Teqlər: ETSN