Hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

Hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir
  21 Avqust 2018    Oxunub:2240
Hazırda Bakıda 180-ə yaxın taksi dayanacağı var. Hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən olunaraq ləğv edilməsi işləri aparılır.
AzVision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. Qurum rəsmisi bildirib ki, paytaxtda yeni taksi dayanacaqları müəyyən edilir

“Çalışırıq ki, taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın. Hazırda Bakıda taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə bir neçə layihə üzərində iş aparılır", - deyə M.Ağayev qeyd edib.

AzVision.az


Teqlər: Taksi   Dayanacaq  





Xəbər lenti