Metroda 50 yaşlı kişi özünü qatarın altına atıb

Metroda 50 yaşlı kişi özünü qatarın altına atıb
  21 Avqust 2018    Oxunub:2926
Bu gün saat 11:40-da metronun “Nizami” stansiyasında Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Yusifov Tərlan özünü platfiormaya daxil olan qatarın altına atıb.

Bu barədə AzVision.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, relslər yüksək gərginlikdən ayrılıb və sərnişin oradan çıxarılandan sonra qatarın hərəkətinə icazə verilib. Onun sözlərinə görə, sərnişin xəsarət almayıb:

"İki reys arasında uzandığı üçün xəsarət almayıb. Məlum olub ki, həmin şəxs içkili imiş".

Qeyd edilib ki, hazırda qatarların hərəkətində problem yoxdur.

AzVision.az


Teqlər: Metro   Qatar   Sərnişin  





Xəbər lenti