Yolu "Bakmil"dən düşənlərin nəzərinə!

Yolu "Bakmil"dən düşənlərin nəzərinə!
  21 Avqust 2018    Oxunub:1906
Qurban bayramında (22-23 avqust) və qarşıdakı istirahət günlərində də (25-26 avqust) "Bakmil" stansiyası adi qaydada işləyəcək.
"Bakı Metropoliteni" QSC-dən AzVision.az-a verilən məlumata görə, təmir işlərinin növbəti mərhələsində görüləcək işlərlə əlaqədar sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) Qurban bayramında, eləcə də şənbə və bazar günlərində tətbiq edilməyəcək.

Qeyd edilən tarixlərdə sərnişinlərimiz "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.

Məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) avqust ayının 24-də və növbəti iş həftəsinin əvvəlindən - avqust ayının 27-dən qüvvədə olacaq.

AzVision.az


Teqlər: Metro   Bakmil   Təmir  





Xəbər lenti