“ASAN Könüllüləri”ndən yeni sosial layihə

“ASAN Könüllüləri”ndən yeni sosial layihə
  21 Avqust 2018    Oxunub:1413
“ASAN Könüllüləri” Təşkilatı və Heydər Əliyev mərkəzləri Ulu Öndərin siyasi kursunun, azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliği, region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədilə sosial layihəyə start verib.
Təşkilatdan AzVision.az-a verilən məlumata görə, layihə çərçivəsində Bərdə, Quba, Qəbələ, Mingəçevir və Masallı rayonlarındakı Heydər Əliyev mərkəzlərində region gəncləri ilə görüşlər keçirilir. Görüşlərdə ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti, əlamətdar tarixi hadisələr, dövlət quruculuğu, gənclərin dünyagörüşünün və sosial-siyasi fəallıqlarının artırılması ilə bağlı məlumat verilir, müzakirələr aparılır. Həmçinin gənclər üçün kompüter və dil kursları, şahmat oyunları, kino günləri, kitab klubu, “dəyirmi masa”lar təşkil olunur.

Layihə çərçivəsində Azərbaycanın regionlarında davamlı olaraq tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti