Nəcməddin Sadıkovun Belarusa səfəri başlayıb - FOTOLAR

Nəcməddin Sadıkovun Belarusa səfəri başlayıb - FOTOLAR
  21 Avqust 2018    Oxunub:2483
Avqustun 21-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.
AzVision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İlk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti “Qəhrəman Brest qalası” memorial kompleksini ziyarət edərək burada Əbədi məşəlin önünə əklil qoyub.

Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.











AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Belarus  





Xəbər lenti