50 dollar borcla işə başladı, indi 5 min mağazası var - FOTOLAR

50 dollar borcla işə başladı, indi 5 min mağazası var - FOTOLAR
  22 Avqust 2018    Oxunub:50614
Məşhur "Nike" idman ayaqqabıları brendinin rəhbəri olan Phil Knight dünyanın ən zəngin insanlarından biridir. O, heç də asanlıqda milyonlarla varidata sahib olmayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Phil Knight ayaqqabı satışı ilə məşğul olmaq üçün 1962-ci ildə Yaponiyaya yollanıb.



O, yenicə işə başlamaq məqsədi ilə atasından 50 dollar borc alıb. Ortaq tanışının vasitəsilə "Onitsuka" adlı şirkətə baş çəkən Phil Knight ilk razılaşmanı əldə edərək ölkəsinə qayıdıb və ayaqqabı satışına başlayıb.



İşləri yaxşı gedən Knight getdikcə daha çox sifariş alıb və bununla da iş dünyasına qədəm qoyub.

1972-ci ildə "Onitsuka" şirkəti ilə yollarını ayıran gənc iş adamı "Nike" adlı brend istehsal etmək qərarına gəlib.



1974-cü ilə "Nike" artıq 14 milyonluq büdcə ilə tanınmış şirkətə çevrilib. İllər keçdikcə idman ayaqqabılarının istehsalı ilə məşğul olan "Nike" dünyanın ən məşhur brendi kimi tarixə düşüb.

Qısaca, qeyd etmək olar ki, 50 dollar borcla işə başlayan Phil Knightin hazırda dünyada 5 min mağazası var.









AzVision.az


Teqlər: Nike   Ayaqqabı   Brend  





Xəbər lenti