Metronun “Xətai” stansiyası təmirə bağlanır

Metronun “Xətai” stansiyası təmirə bağlanır
  22 Avqust 2018    Oxunub:2829
Bakı Metropoliteninin “Xətai” stansiyası təmirə bağlanacaq.
AzVision.az xəbər verir ki, bunu “Sputnik Azərbaycan”a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyada 3 köhnə eskalator 4 yeni eskalatorla dəyişdiriləcək: “Bu vaxtadək işlər mərhələli şəkildə aparıldığından stansiya sərnişinlər üçün açıq olub”.

Təmir işlərinə sentyabrın ikinci yarısında başlanılacaq.

AzVision.az


Teqlər: Metro  





Xəbər lenti