Hərbi hissələrdə Qurban bayramı qeyd edilib- FOTOLAR

Hərbi hissələrdə Qurban bayramı qeyd edilib- FOTOLAR
  22 Avqust 2018    Oxunub:3013
Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bayram tədbirlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri çatdırılıb, şəxsi heyətin iştirakı ilə qurbanlar kəsilib.

Tədbirlərdə çıxış edənlər Qurban bayramının yaranma tarixi və əhəmiyyətindən söz açıblar.

Hərbi qulluqçular üçün bayram süfrələri təşkil olunub və mədəni kütləvi proqramlar nümayiş etdirilib.















AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Bayram  





Xəbər lenti