İlahiyyat İnstitutuna qəbul olanların nəzərinə!

İlahiyyat İnstitutuna qəbul olanların nəzərinə!
  24 Avqust 2018    Oxunub:2583
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş abituriyentlərin sənədlərinin qəbulu davam edir. Qeydiyyat avqustun 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək aparılacaq.
Boş qalan yerlərə qəbul olan abituriyentlərin sənəd qəbulu isə avqustun 24-dən sentyabrın 3-dək həyata keçiriləcək.

22 - 23 avqust tarixləri Müqəddəs Qurban bayramına təsadüf etdiyi üçün 25 -26 avqust tarixlərində (şənbə və bazar günləri) sənəd qəbulu davam edəcək.
Bütün abturiyentlər qeyd olunan tarixlərdə sənədlərini Azərbaycan İlahiyyat İnstitutuna təqdim etməlidirlər.

Abturiyentlər qeydiyyatı zamanı aşağıdakı sənədləri təqdim etməlidir.

1. Tam orta təhsil haqqında sənədin (Attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli (Kollec və ya ali təhsil müəssisəsinin 2017-2018 –ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);
2. Abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması ilə bağlı DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM – in saytından çap edilir) (3 nüsxə);
3. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (3 nüsxə);
4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surəti (oğlanlar üçün) – 3 nüsxə;
5. Tibbi (sağlamlıq haqqında) arayış (Forma 086);
6.Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 6 ədəd;
7. Həmçinin qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN) özündə olmalıdır.
Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatdan keçməlidir.
Sənədlərin qəbulu Yasamal rayonu Əhməd Cəmil küç. 41A – da (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında) aparılacaqdır.

AzVision.az


Teqlər: İlahiyyat-İnstitutu  





Xəbər lenti