Prezident moldovalı həmkarını təbrik edib

Prezident moldovalı həmkarını təbrik edib
  25 Avqust 2018    Oxunub:1587
Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodona təbrik məktubu göndərib.
AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident. Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Moldovanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli əlaqələrin və ölkələrimiz üçün qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə yönəlmiş səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Moldova xalqına isə sülh və firavanlıq arzu edirəm".

AzVision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti