Oğurluq edən 5 nəfər saxlanılıb

Oğurluq edən 5 nəfər saxlanılıb
  27 Avqust 2018    Oxunub:1903
Baş Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 9-da rayon ərazisindəki evlərin birindən 520 manat və 3000 rubl pul, habelə mobil telefon oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini Misir Həmidov saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Suraxanı rayonu ərazisindəki kafelərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Qurbanov saxlanılıb. Eyni zmaanda DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki kafelərin birindən kondensioner, 2 ədəd soyuducu mühərriki, 100 metr elektrik naqili, 3 ədəd plastik qapı və 3 ədəd pəncərə şüşəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Kamran Qurbanov saxlanılıb.

Hövsan qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən mobil telefon oğurlamaqda şübhəli bilinən B.Qəhrəmanov da saxlanılıb.

Həmçinin Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən avqustun 14-də Hövsan qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini Bəhruz Qəhrəmanov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun mayın 21-də daha bir evdən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti