Gürcüstanın Azərbaycana yeni səfiri təyin edildi

Gürcüstanın Azərbaycana yeni səfiri təyin edildi
  28 Avqust 2018    Oxunub:1850
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Acarıstan Muxtar Respublikasının sabiq hökumət başçısı Zurab Pataradzeni Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Bununla bağlı müvafiq sərəncam Gürcüstan prezidentinin saytında dərc olunub.

Z.Pataradze 2016-cı ilin iyulundan 2018-ci ilin iyuluna qədər Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı olub. Bundan öncə o, Gürcüstanın Yunanıstanın Saloniki şəhərində baş konsulu (2009-2010), Türkiyənin İstanbul şəhərində baş konsulu (2011-2012), Türkiyə (2012-2013) və Qazaxıstandakı səfiri vəzifələrini tutub (2013-2016).

AzVision.az


Teqlər: Gürcüstan   Səfir  





Xəbər lenti