Qəzadan 23 gün sonra öldü

Qəzadan 23 gün sonra öldü
  28 Avqust 2018    Oxunub:1642
Avqustun 4-də Bərdə rayonu ərazisində Laçın rayon sakini Səlim Əkbərovun və Tərtər rayon sakini Nəsir Alıyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə S.Əkbərovun sərnişini, Bərdə rayon sakini Mənsurə Kəlbalıyeva və N.Alıyevin sərnişini xəstəxanaya yerləşdirilib.

Avqustun 27-də M.Kəlbalıyeva orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti