Vakansiya seçiminin nəticələri məlum olub

Vakansiya seçiminin nəticələri məlum olub
  28 Avqust 2018    Oxunub:1868
Müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlərə əlavə yerləşdirmənin vakansiya seçiminin nəticələri məlum olub. Müsahibənin keçiriləcəyi vaxt və yer barədə məlumat uğur qazanmış namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil Nazirliyindən AzVision.az-a bildiriblər ki, əlavə yerləşdirmədə keçid balı toplayaraq işə qəbul oluna bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiqləməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər iştirak ediblər.

Elektron yerləşdirilmə zamanı vakant yer tutmuş namizədlərlə avqustun 30-da müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

AzVision.az


Teqlər: Müəllim  





Xəbər lenti