Azərbaycanda 89 əcnəbi saxlanılıb

Azərbaycanda 89 əcnəbi saxlanılıb
  28 Avqust 2018    Oxunub:1526
Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 89 əcnəbini saxlayıb.
DMX-dan AzVision.az- a verilən məlumata görə, onlardan 6 nəfərinin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 83-nün isə ölkə ərazisində qanunsuz qaldıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 62-nin barəsində inzibati qərarlar qəbul olunub, digər əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.







AzVision.az


Teqlər:





Xəbər lenti