Şəmkirdə yol qəzasında yaralananların kimliyi məlum olub- Yenilənib

  28 Avqust 2018    Oxunub : 1181
Şəmkirdə yol qəzasında yaralananların kimliyi məlum olub- Yenilənib
Şəmkir rayonunda “QAZel” markalı mikroavtobus dərəyə aşıb.
Şəmkir rayonunda baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar 1989-cu il təvəllüdlü Elçin Firdovsi oğlu Allahverdiyev, 1996-cı təvəllüdlü Elvin Aqil oğlu Adıgözəlov, 1983-cü il təvəllüdlü Azər Polad oğlu Qasımov, 1958-ci il təvəllüdlü Məhluqə Əsəd qızı İsgəndərova, 1969-cu il təvəllüdlü Xədicə Qasımova, 1986-cı il təvəllüdlü Türanə Eldar qızı Məmmədova, 2014-cü il təvəllüdlü Murad Ramiz oğlu Qasımov, 2006-cı il təvəllüdlü Rəna Rüstəmova və 1989-cu il təvəllüdlü Ramiz Qasımovdur.

Daha 5 nəfərə isə ambulator yardım göstərilib.
***

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Hadisə nəticəsində 14 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobus toy karvanında hərəkət edirmiş.

AzVision.az

Teqlər: Şəmkir   Qəza