Lerikdə zəlzələ bir neçə kəndə ziyan vurub

Lerikdə zəlzələ bir neçə kəndə ziyan vurub
  29 Avqust 2018    Oxunub:3169
Lerik rayonunda baş vermiş zəlzələ nəticəsində 15-ə yaxın köhnə tikilidə çatlar yaranıb.
Bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

H.Məlikovun sözlərinə görə, ziyan dəyən tikililər rayonun Bursulum, Tikəband, Züvüc kəndlərində yerləşir:

"10-15 tikilidə çatlar artıb. Amma ciddi dağıntı, uçqun yoxdur".

Xatırladaq ki, bu gün saat 16:57:14-də Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.

AzVision.az


Teqlər: Lerik   Zəlzələ  





Xəbər lenti