Binəli Yıldırım Azərbaycana gəlib- Fotolar

Binəli Yıldırım Azərbaycana gəlib- Fotolar
  29 Avqust 2018    Oxunub:2199
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycana səfərə gəlib.
Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Binəli Yıldırımı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

B.Yıldırım Azərbaycana səfəri çərçivəsində dövlət rəsmiləri ilə görüşəcək, iki ölkə arasında olan mövcud münasibətləri müzakirə edəcək.



AzVision.az


Teqlər:





Xəbər lenti