Bakıda azyaşlılara hücum edən manyak tutulub- Video

Bakıda azyaşlılara hücum edən manyak tutulub- Video
  29 Avqust 2018    Oxunub:2760
Bakıda azyaşlı uşaqları izləyib onlara qarşı əxlaqsız hərəkətlər edən manyak tutulub.
Azyaşlı uşaqlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edən paytaxt sakini Amil Paşayevi Xətai rayon polis idarəsinin əməkdaşları tutub. Polis onun bu şəkildə 4 azyaşlıya hücum etdiyini aşkar edib. Bundan başqa saxlanılan şəxsin yaşlı qadınlara qarşı da soyğunçuluq etdiyi də müəyyən edilib.

Əsasən 10-15 yaş arasında olan qızları izləyən A.Paşayev binaların girişində mərtəbələr arasında yerləşən pilləkən sahələrində onlara hücum edərək öz çirkin əməlini həyata keçirib.

İstintaqın gedişi zamanı A.Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb.Bu səbəbdən onun ətrafında həyata keçirilən əlavə istintaq- əməliyyat tədbirləri ilə müəyyən edilib ki, o, iyun ayında metronun ''Əhmədli'' starnsiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıb. Qeyd edək ki, saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.

Faktla bağlı Amil Paşayev barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları Amil Paşayevin paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyini istisna etmirlər.(Xəzərxəbər)



AzVision.az


Teqlər:





Xəbər lenti