Azərbaycanda bir ildə 11 mindən çox insan xərçəngə yoluxub
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı isə 45756 nəfərdir.
Xəstələr arasında ən çox süd vəzisinin (1 967), traxeya, bronx, ağciyərin (1 304) , mədənin (1 235), qida borusunun (469) bədxassəli şişinə rast gəlinir.
Qeyd edək ki, 2016-ci ildə 10 807 nəfərə, 2015-ci ildə isə 10 183 nəfərə ilk bədxassəli şiş dianqozu qoyulub.
Aytən Zəhra
AzVision.az
Teqlər: Statistika Xərçəng