Muxtar Babayev komitə sədri ilə görüşüb

Muxtar Babayev komitə sədri ilə görüşüb
  29 Avqust 2018    Oxunub:1874
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev arasında görüş keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Abşeron yarımadasının çirklənmiş sahələrinin inventarlaşdırılması və qiymətləndirilməsi layihəsinin texniki tapşırığının hazırlanması barədə müzakirələr aparılıb.

AzVision.az


Teqlər: Ekologiya   Nazir   Komitə  





Xəbər lenti