Binəli Yıldırım TÜRKPA Katibliyində olub

Binəli Yıldırım TÜRKPA Katibliyində olub
  29 Avqust 2018    Oxunub:1790
Avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov birgə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) inzibati binasında olublar.
Türkiyə parlamentinin sədrinə katibliyin fəaliyyəti və binada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, ildən-ilə fəaliyyətini genişləndirən, beynəlxalq əlaqələrini gücləndirən TÜRKPA-nın katibliyinin yeni inzibati binasında bütün lazımi şərait yaradılıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım binanın həyətində ağac əkib.

Sonra keçirilən görüşdə Assambleya çərçivəsində əməkdaşlıq məsələləri və qurumun gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Binəli-Yıldırım  





Xəbər lenti