Gürcüstanın baş nazirinin Bakıya səfəri başlayır

Gürcüstanın baş nazirinin Bakıya səfəri başlayır
  30 Avqust 2018    Oxunub:1399
Bu gün Gürcüstanın baş naziri Mamuka Baxtadze Azərbaycana gələcək.
AzVision.az xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Bu görüşlərdə ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, dünyada və regionda gedən proseslər, irimiqyaslı enerji və struktur layihələrinin inkişaf perspektivləri müzakirə olunacaq.

AzVision.az


Teqlər: Gürcüstan   Baş-nazir  





Xəbər lenti