“Azeri Light” ucuzlaşıb

  30 Avqust 2018    Oxunub : 496
“Azeri Light” ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
AzVision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar bahalaşaraq 77,28 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,14 dollar artaraq 69,65 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar ucuzlaşaraq 77,96 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft