“Biz dünyanın enerji xəritəsini dəyişdirdik” - İlham Əliyev

“Biz dünyanın enerji xəritəsini dəyişdirdik” - İlham Əliyev
  30 Avqust 2018    Oxunub:2084
Gürcüstan hökumətinin başçısı təyin olunmasından qısa müddət sonra Mamuka Baxtadzenin Azərbaycana səfər etməsi Azərbaycan-Gürcüstan əlaqələrinin çox yüksək səviyyədə olduğunu bir daha göstərir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Bakıda Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşayıblar:

"Bu gün iki müstəqil dövlət arasındakı əlaqələr möhkəm təməl üzərində qurulub. Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra edib. Biz dünyanın enerji xəritəsini birgə səylərlə dəyişdirdik. Nəqliyyat istiqamətində birgə həyata keçirdiyimiz layihələr Avrasiya qitəsi üçün böyük önəm daşıyır. Bütün bu layihələrin icrasında həm Gürcüstan, həm Azərbaycan, həm Türkiyə tərəfi fəal əməkdaşlıq edir".

Ölkə başçısı hesab edir ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik: "Mən bilirəm ki, Gürcüstanda çox gözəl investisiya iqlimi mövcuddur. Biz çox şadıq ki, Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir. Biz bu gün bir çox məsələləri müzakirə edəcəyik, o cümlədən regional əməkdaşlıq məsələlərini".

AzVision.az


Teqlər: İlham-Əliyev   Gürcüstan  





Xəbər lenti