MTX zabiti Paşinyanı agent adlandırdı: "O, ABŞ-la Qarabağın təhvil verilməsini müzakirə edir" (SƏNƏD)

MTX zabiti Paşinyanı agent adlandırdı: "O, ABŞ-la Qarabağın təhvil verilməsini müzakirə edir" (SƏNƏD)
  30 Avqust 2018    Oxunub:20968
Ermənistanda korrupsiyaya qarşı "mübarizə" aparan, baş nazir Nikol Paşinyanı Ermənistanın milli təhlükəsizlik xidməti ilə nə bağlayır?...
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın sabiq MTX zabiti xatirələrini bölüşərkən qeyd edir ki, Paşinyanın ilk dəfə 90-cı illərin sonlarında qalmaqallı “Orakir” qəzetinə rəhbərlik etdiyi dövrdə MTX-nin maraq dairəsinə düşüb.

Məlum olub ki, Paşinyan məqsədli şəkildə hakimiyyət nümayəndələri haqqında tənbeh məqalələri dərc edir və LGTB tərəfdaşı kimi çıxış edirdi. Faktiki olaraq o, qorxaq və şərəfsiz şəxsiyyətdir. Təhlükəsizlik əməkdaşları onu tutub gətirərkən hər hansı təzyiq olmadan bütün sifarişçiləri və aldığı məbləğləri açıb söylədi. O zaman gənc redaktor həmin şəxslərə qarşı mübarizə aparmağa və MTX nümayəndələri ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Profilaktik xarakterli söhbət və yazılı vədlərdən sonra Paşinyan sərbəst buraxılıb.

2008-ci ilin mart ayında verdiyi vədləri unudan Paşinyan kütləvi iğtişaşlarda iştirak edir və axtarışa verilir. O, baş verənlərin nəticələrdən qorxaraq sərbəst təslim olur və mühakimə edilir. Bir həftə kamerada qaldıqdan sonra, özü izahat vermək üçün görüş xahiş edib və bütün tapşırıqları yerinə yetirməyə hazır olduğunu bildirib.

Sabiq zabitin sözlərinə görə, Paşinyan həbsdə saxlama müddətinin azaldılması məqsədilə MTX rəhbərliyinə yalvarır, bütün iş yoldaşlarının adlarını, ünvanlarını, onların sevgililərini və oynaşlarının adlarını asanlıqla danışırdı.

"Vazgen, Aşot kimi insanlar Paşinyanın yalan ittihamlarından zərər çəkib. Paşinyan həmin ittihamların səs yazmalarının qalmadığını düşünürdü. Ancaq elə deyil. Bütün bu səs yazmalar qalmaqdadır. Elə səs yazmalar var ki, Paşinyanı məhv edə bilər. Həmin səs yazmalar Paşinyan üçün ən uğursuz vaxtda yayımlanacaq. O zaman xalq Paşinyanın necə alçaq və xəyanətkar olduğunu görəcək", - deyə o qeyd edir.

Paşinyan, Ermənistan milli təhlükəsizlik xidməti ilə əməkdaşlıq etməyə razılıq verdikdən 1 il sonra həbsdən azad edilib. Artıq Paşinyan yaxşı hazırlanmış agent idi. O, çox diqqətli şəkildə Bağramyan 26 (prezident iqamətgahı) ünvanından qidalandırılır və mütəmadi olaraq əhəmiyyətli məlumat verməklə, məruzə edirdi.

"Bəs bugün nə baş verir? Kimlərinsə siyasi oyunlarında iştirak edərək, Paşinyan özü də bilmədən, gözlənilmədən baş nazir oldu. Əldə etdiyi hakimiyyətdən istifadə edərək və öz rolunu unudaraq, öz əvvəlki rəhbərlərindən qisas almağa başlayıb. Vaxtilə onunla birlikdə əməkdaşlıq edənləri vəzifələrdən azad edir, həbs edir. Onun biabrçı keçmişini bilən polis və istintaq orqanları rəhbərlərini cəzalandırdı. MTX-nin yeni təyin edilən rəhbərindən tələb etdi ki, iri erməni iş adamlarının və siyasi xadimlərin bank hesablarının aşkarlanması və məcburi şəkildə vəsaitlərin guya xəzinəyə qaytarılmasını təmin etsin. Banklar bütün əmanətçilərin gizliliyini pozaraq tələb olunan məlumatları təqdim etdi. Əslində Paşinyan həmin vəsaitləri seçki qabağı təbliğata istifadə etməyə çalışır. Bununla Paşinyan şəxsi qazanc əldə etdi. ABŞ-dakı dostları Kipr və Maldivlərdəki ofşor zonalarda arvadı Anna Hakobyan adına hesablar açıldı. Ancaq ən çox Qarabağın təhvil verilməsi ətrafında ABŞ-la gizli danışıqlar aparması başa düşülməyən və dəhşətlidir. O, buna görə bütün erməni xalqı qarşısında cavab verəcək.

Nikol Paşinyan baxaq görək sənin tərəfdaşların yoldaşların bütün bunlar açıqlandıqda nə deyəcəklər. Dərk et ki, bu hələ başlanğıcdır. Hər ay Paşinyanın fəaliyyəti barədə bir neçə səhifə açıqlamaqla, sənə güvən göstərən, lakin sənin xəyanət etdiyin xalq tədricən siyasi xadim, xalqın seçimi kimi səni məhv edəcək", - deyə MTX zabiti vurğulayıb.



AzVision.az


Teqlər: Ermənistan   DTX  





Xəbər lenti