Baxtadze Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Baxtadze Şəhidlər xiyabanını ziyarət edib - FOTO
  30 Avqust 2018    Oxunub:1686
Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 30-da Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Gürcüstanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.





AzVision.az


Teqlər: Şəhidlər-xiyabanı  





Xəbər lenti