Prezident üç ölkənin dövlət başçısını təbrik edib

Prezident üç ölkənin dövlət başçısını təbrik edib
  30 Avqust 2018    Oxunub:1953
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir: "Hörmətli cənab Prezident,

Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın qarşılıqlı maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qırğızıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

***
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XV Ali Başçısı Əlahəzrət Sultan V Məhəmmədə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir: "Əlahəzrət,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Malayziya münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına daim sülh və rifah arzulayıram".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı xanım Pola-Mey Uiksə də təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir: "Hörmətli xanım Prezident,

Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti