34 keçmiş məhbus işlə təmin olunub

34 keçmiş məhbus işlə təmin olunub
  30 Avqust 2018    Oxunub:1922
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az verilən məlumata görə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluq imkanlarına yiyələnməsi üçün aparılan işlər çərçivəsində onların özünüməşğulluq proqramında iştirakına şərait yaradılır.
Cari ildə bu kateqoriyadan olan və özünüməşğulluq fəaliyyətini qurmaq üçün müraciət edənlərdən 34 nəfəri kiçik ailə təsərrüfatlarını qurmaq üçün müəyyən potensiallarının olduğu nəzərə alınmaqla ƏƏSMN tərəfindən özünüməşğulluq proqramına cəlb ediliblər.

Həmin şəxslər əsasən istehsalyönümlü iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmaq niyyətindədir. Proqram çərçivəsində onların kiçik biznesə malik olmaları üçün aktivlərlə təminatı həyata keçiriləcək. Quracaqları təsərrüfatlarını inkişaf etdirmələri üçün mütəmadi olaraq zəruri məsləhət xidmətləri ilə təmin olunacaqlar.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin potensialları müqabilində özünüməşğulluq proqramına cəlb edilməsi işləri hazırda da davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti