Nazirlik: Bakıda tozun miqdarı artıb

Nazirlik: Bakıda tozun miqdarı artıb
  30 Avqust 2018    Oxunub:1808
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarında saat 19:00-da artım müşahidə olunub. Belə ki, tozun miqdarının sanitar normadan 6 dəfə yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6 dəfə sanitar normadan yuxarı olub.

Qeyd edək ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz-dumanının daxil olmasıdır və belə tozlu hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır.

AzVision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti