Məmmədyarov erməni nazirlə Nyu-Yorkda görüşəcək

Məmmədyarov erməni nazirlə Nyu-Yorkda görüşəcək
  31 Avqust 2018    Oxunub:1766
BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.
AzVision.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sessiya sentyabr ayında Nyu-Yorkda keçiriləcək.

XİN rəsmisi qeyd edib ki, nazirlərin görüşünün dəqiq tarixi diplomatik kanallarla dəqiqləşdiriləcək.

AzVision.az


Teqlər: XİN   Nazirlər   Görüş  





Xəbər lenti