Bakıda tozun miqdarı hələ də yüksəkdir

Bakıda tozun miqdarı hələ də yüksəkdir
  31 Avqust 2018    Oxunub:1748
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti havada olan tozun miqdarı ilə bağlı aparılan növbəti monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə əsasən, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında tozun miqdarının saat 12:00-da sanitar normadan 1,3 dəfə yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.

Nazirlik gün ərzində hər 3 saatdan bir yenilənən məlumatı ictimaiyyətə təqdim edəcək.

AzVision.az


Teqlər: ETSN   Toz   Hava  





Xəbər lenti